Background

"Yazmaq və ya yazmamaq – bütün məsələ budur."

Yaradıcılıq Fəlsəfəm

Yaradıcılıq yolum uşaq yaşlarından başladığım yazıçılıq həvəsi ilə formalaşıb. İndiyə qədər üç romanın, iyirmidən çox qısa hekayənin və iki qısametrajlı filmin ssenari müəllifiyəm. Hekayələrimdə əsasən dram, magik realizm və trajikomediya janrlarına üstünlük verirəm. Musiqi sahəsində də fəaliyyət göstərirəm; öz bəstələrimi yazıb ifa edirəm. Hazırda pedaqoji fəaliyyətlə məşğulam və orta məktəbdə informatika müəllimi kimi çalışıram. Mənim üçün yazmaq, texnologiyanın dəqiqliyi ilə yaradıcılığın sonsuz təxəyyülünü bir araya gətirməkdir.

Mənim üçün yazmaq bir səyahətdir; müəllif öz əsəri ilə birlikdə uzun bir yola çıxır. Hesab edirəm ki, əgər bu səyahətin sonunda yeni bir şey öyrənməmisənsə, deməli, yazdıqların da öz mənasını itirib. Yazmaq, təsvirin ən əlçatan, həm də en kəşf olunmamış formasıdır. Hissləri açıq şəkildə ifadə etmək çətin olanda, sözlərin arxasında gizlənirsən. Lakin bu gizlənpaç, fikirləri sərbəst deməkdən qat-qat çətindir, çünki hər kəlmə bir sirri qoruyur. Ümid edirəm ki, mənim bu daxili səyahətimin bəhrəsi olan hekayələr sizin üçün də maraqlı olacaq.